Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.
Stopnarkotik.az xəbər verir ki, aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
***13:54
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.