Bakı şəhəri, Xətai rayonu Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində evakuatorun idarəetməni itirərək magistral yolda aşıb. Hadisə nəticəsində yola yağ və yanacaq dağılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.