Bakıda doğum evinin yaxınlığında güclü yanğın - VİDEO / YENİLƏNİB-1

Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir:

"Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb".

***15:58

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***15:19

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Stopnarkotik.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.