Bakıda külli miqdarda dələduzluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, iyulun 26-da bir nəfəri aldadaraq 77000 manat dəyərində tərəvəz məhsulunu dələduzluq yolu ilə əlindən alıblar.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əvəz Kərimov və Sərxan Hüseynov müəyyən olunaraq saxlanılıblar.