Bakıda DƏHŞƏTLİ QƏZA: ata və azyaşlı övladı öldü - VİDEO / YENİLƏNİB

"Bakının Sabunçu rayonunda, Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında baş verən hadisə zamanı iki nəfər həyatını itirib".

Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.

"16 fevral saat 23:30-da sözügedən ərazidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes-Benz" markalı 99-EG-909 dövlət nömrə nişanlı avtomobillə "Renault" markalı 50-DS-081 dövlət nömrə nişanlı və "Changan" markalı 77-SQ-942 dövlət nömrə nişanlı maşınlar toqquşublar.

Hadisə nəticəsində "Changan"ın sürücü Ramin Saleh oğlu Məmmədov və onun azyaşlı qızı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər", - deyə R.Əhmədli bildirib.

***08:59

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.

Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.