Bakıda dəhşətli intihar: 20 yaşlı qız özünü binadan atdı

Bakıda gənc qız özünü binadan atıb.

Hadisə səhər saat 7 radələrində Yasamal rayonu Mətbuat prospektində baş verib.

20 yaşlı Hüseynzadə Zəhra Emin qızı yaşadığı binadan özünü atıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətlərdən orada ölüb.

Onun hansı səbəbdən intihar etməsi isə bəlli deyil.

Faktla bağlı araşdırma aparılır./lent.az