Bakıda intihar zamanı ölənlərin adları məlum olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, özünü binadan atan şəxs 23 yaşlı Orucov Yaftum Yaşar oğludur.
Komendant isə 52 yaşlı Məmiyev Namiq Abı oğludur.
Araşdırma aparılır.
***13:15
Bakıda dəhşətli intihar hadisəsi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsində özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.
Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.