Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtda yollardakı vəziyyət barədə sürücülərə müraciət edib.
Bu barədə Stopnarkotik.az-a NİİM-dən məlumat verilib.
Məlumata görə, hazırda paytaxtda:
Tiflis prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə edilir.