Gecə saatlarından Bakıya yağan yağış fəsadlar törədib.
Artıq bir sıra yolları və küçələri su basıb.
Daha acınacaqlı vəziyyət isə Nəsimi rayonu Xətai prospektində “Dəmiryol Vağzalının yuxarı hissəsində yaranıb. Yolların bu vəziyyətdə olması nəqliyyatın hərəkətinə ciddi maneə yaradıb, sıxlığa yol açıb.