Bakıda oğrular binalardan oğurluğun yeni üsulunu tapıblar.
Stopnarkotik.az xəbər verir ki, bu barədə lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.
Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri də sayta təqdim ediblər.
Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdır, liftlə yuxarı mərtəbəyə qalxıb, oradan pilləkənlə kamera olan mərtəbəyə düşürlər.
Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürürlər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər.
Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən sifətləri kameraya düşür.
Sakinlər qeyd edir ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb.
Hadisə ilə bağlı polisə məlumat verilib.