Bakıda binada köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrinin eyvanları arasında yerləşən metal artırmanın üzərində köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra vətəndaş xilasedicilər tərəfindən yerə düşürülərək xilas edilib.