Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsindəki yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***14:48
Fövqəladə Hallar Nazirliyi Bakıda mənzillərin birində başlayan yanğınla bağlı açıqlama verib.
FHN-dən verilən məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb”.
Qeyd edilib ki, hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür:
“Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının birinci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib”.
***14:15
Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.
Stopnarkotik.az xəbər verir ki, yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.