Bakıda "avtoşluq" edən iki sürücü həbs edildi

Nəsimi Rayon Polis İdarəsinin-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - E.Qasımov və N.Nəsirov saxlanılıblar.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.