DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirilib ki, sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G. İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.
Nəticədə marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Araşdırma davam etdirilir.
***21:09
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən APA- nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Şahidlərin verdiyi məlumata görə sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.