Bakıda avtobusa bıçaqla girən qadın saxlanıldı - YENİLƏNDİ/VİDEO

Bakıda avtobusa bıçaqla girən qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb, qadının sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qadın bıçağı havada sallayaraq sərnişinləri qorxudub, skamyanın parçasını doğrayıb, söyüşlər söyüb, insanları təhqir edərək onlara hədə-qorxu gəlib. Qadının qeyri-adekvat hərəkətləri sərnişinlərdə qorxu və həyəcan yaradıb.

 

***10:33

 

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

Stopnarkotik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür: