Bakıda ana və azyaşlı qızı itkin düşüblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Bakı şəhər sakini F.Baloğlanov polisə müraciət edərək həyat yoldaşı 25 yaşlı F.Ə. və 4 yaşlı qızı Z.F.-nın itkin düşdüyünü bildirib.
Onların sonuncu dəfə Nizami rayonu, R.Rüstəmov küçəsi, 54 ünvanında yerləşən dayanacaqda göründüyü, bundan sonra yoxa çıxdıqları bildirilir.
Hazırda polis ana və qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.