Bakıda 68 yaşlı ana 14 yaşlı qızından imtina edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.
Bildirib ki, qadın 14 yaşlı qızı qeyri-rəsmi övladlığa götürüb:
"Qadın 68 yaşındadır. Bildirib ki, qızı 14 yaşındadır. Qeyri-rəsmi övladlığa götürüb. Bu günə qədər uşağa hələ də vəsiqə almayıb. Məsələ ilə bağlı ananı Sosial Xidmətlər Agentliyinə istiqamətləndirdim".