"Baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü yüngül xəsarət alıb".
Bu məlumatı Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb. "BakuBus"a məxsus BMC markalı 99-JU-250 dövlət nömrə nişanlı avtobusla 99-HT-975 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb. Avtobusa ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu verilib./oxu.az