Martın 24-də saat 16:35-də 57 yaşlı kişi hospitalizasiya edilib.
Sabunçu Tibb Mərkəzindən bildirilib ki, açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.
***08:56
Bakının Nizami rayonunda bədbəxt hadisə nəticəsində yaşlı kişi ağır xəsarət alıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 33 A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Aydazadə Rauf Rafiq oğlu eyvandan yıxılıb.
O, ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.