Bakıda 8 nəfərin bank kartından pul çıxaran şəxs saxlanıldı - FOTO

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.