Bakıda 51 yaşlı şəxs itkin düşüb - FOTO

Paytaxt sakini itkin düşüb.

Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunun 51 yaşlı sakini İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.