Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 29-dan Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Stopnarkotik.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, məhdudiyyətlə əlaqədar 29, 31, 53 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament prospekti, Abbasqulu Abbaszadə küçəsi, Mətbuat prospekti, Nazim Hikmət və Fərman Salmanov küçələri, Kənar dairəvi yol ilə təşkil ediləcək.