Bakıda 37 yaşlı kişi özünü öldürdü - KİMYƏVİ MADDƏ İÇİB

Bakıda kişi kimyəvi maddə içərək ölüb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə kimyəvi maddə içib. Bunun nəticəsində zəhərlənən kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Sergey Dmitrakov ölüb.

Faktla bağlı araşdırma aparılır.