Bakıda 34 yaşlı qadın 3 övladı ilə birgə yoxa çıxıb

Bakıda ana və 3 övladı itkin düşüb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Binəqədi qəsəbəsində yaşayan 34 yaşlı Quliyeva Mənzər Hümbət qızı övladları - 11 yaşlı Tuqay, 8 yaşlı Rəcəb və 7 yaşlı Sadiqlə birgə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə qadının atası polisə müraciətində bildirib.Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.