Bakının Xətai rayonunda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Stopnarkotik.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Rüstəmov Toğrul Telman oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.