Bakıda 26 min manatlıq dələduzluq - QADIN SAXLANILDI

Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.