Bakıda 26 min manat dələduzluq - İKİ NƏFƏR SAXLANILIB

Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirib ki, Nəsimi rayonunda evlərin birindən 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Müslümlü müəyyən olunaraq saxlanılıb.

Həmçinin Nəsimi rayonu ərazisində ümumilikdə 26 590 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən H.Məmmədli və A.Hüseynova müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.