Bakıda 23 yaşlı gənc özünü ayaqqabı ipi ilə asdı

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, Balaxanı qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Murad Yusif oğlu yaşadığı evdə özünü ayaqqabı ipi ilə asaraq intihar edib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Sabunçu Rayon Prokurorluğunda araşdırılır.