Bakıda 21 yaşlı oğlanı maşın vurub - SÜRÜCÜ HADİSƏ YERİNDƏN QAÇIB

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Paşazadə Rauf Sahil oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Sürücü hadisə yerindən yayınıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.