Bakıda 19 nəfərin xəsarət aldığı qəzanın baş verdiyi ərazi ilə bağlı DƏHŞƏTLİ FAKT – VİDEO

Bakının Xəzər rayonunda 19 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın baş verdiyi ərazi ilə bağlı tükürpərdən detal üzə çıxıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şahidləri bu ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyini bildiriblər.

"Bir ay əvvəl bu yolda bir qadın qəza nəticəsində öldü. 5-ci sinif uşağını maşın vurdu. İldə 4-5 ölüm hadisəsi olur", - hadisə şahidi söyləyib.

Daha ətraflı Baku TV-nin videomaterialında: