Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.