Bakı metrosunda sərnişin öldü

Metronun “Nərimanov” stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Bakı Metrooliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.