Bakı metrosunda ölüm hadisəsi olub.
Bu barədə Stopnarkotik.az-a "Bakı Metropoliteni"ndən bildirilib.
Məlumata əsasən, səhər saat 5:30-da iş vaxtı bitərək "İnşaatçılar" stansiyasında iş yerini tərk edən Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb.
Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.