Bakı metrosunda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda gedişhaqqının artırılması barədə müzakirələr aparılmır.

Stopnarkotik.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov bildirib.

O, eyni zamanda bu il Bakıya yeni metro vaqonlarının gətiriləcəyini deyib: "Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir".