Bakı metrosunda enerji verilişi dayandı, QATARLAR TUNELDƏ QALDI

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən Bakı metropoliteninin elektrik təchizatını təmin edən dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir:

"Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik".