Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O əlavə edib ki, İrəvan hələlik cavab olaraq hər hansı yazılı təklif göndərməyib, Azərbaycanın göndərdiyi təkliflər hələ də müzakirə olunur.
O bildirib ki, cavab təkliflərinin hazırlanması prosesində Ermənistan Azərbaycandan Qranadada qəbul edilmiş bəyannamədə göstərilən məqamlarla bağlı açıqlama gözləyir.
"Bakı bəyannamədə qeyd olunan məqamların onun üçün məqbul olub-olmadığını izah etməlidir", - Kostanyan bildirib.