Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs edilib.
Həyat yoldaşı ilə istirahətə gedən Q.Şahməmmədov oradan qayıtdıqdan sonra onu 22 bıçaq zərbəsi ilə qətlə yetirib.