Bakı həbsxanasında daha bir məhkum öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Əhməd Məstanov dünyasını dəyişib.  

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Ə.Məstanov oğurluğa görə həbs edilib. O, xəstə yatağında olan ahıl qadının qızıllarını oğurlayıbmış./lent.az