Ağdam Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəmil Səfərzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az xəbər verir ki, hakim Mahir Niftəliyevni sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə 15 may 2024-cü il tarixdə, saat 21:20 radələrində Ağdam rayonunun kəndlərinin birinin ərazisində qeydə alınıb. Belə ki, Cəmil Səfərzadə həmkəndlisi, zərərçəkmiş Qabil Əsədovla (şərti) mübahisə edib. O, bacısı barəsində xoşagəlməz söhbətlər danışaraq tanışları arasında rüsvay etdiyini əsas gətirərək zərərçəkmişə irad bildirib. Bu zaman Cəmil onun üz nahiyəsinə yumruqla bir dəfə zərbə endirərək sağlamlığına yüngül zərər vurub.
Hadisədən sonra Cəmil Səfərzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (pravda.az)