Azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs barəsində QƏRAR VERİLDİ

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Stopnarkotik.az teleqraf-a istinadən xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılmışdı.

O, polis əməkdaşları tərəfindən saxlanılmışdı.