“Azəriqaz”ın "əməkdaşı" taksi sürücüsünün telefonunu götürüb qaçdı - TƏFƏRRÜAT

Özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edən şəxs taksi sürücüsünün telefonunu oğurlayıb.

Stopnarkotik.az bildirir ki, zərərçəkmiş Vasif Məmmədov day.az-a açıqlamasında hadisənin "Koroğlu" Metrostansiyasının ətrafında baş verdiyini deyib. 

O bildirib ki, həmin şəxs telefonu ondan danışmaq üçün istəyib: "Axşam saatlarında bir nəfər maşına əyləşdi. Binə sürməyimi istədi. Qəsəbədə bir neçə ünvanda dayandıq. Özünü "Azərqaz"ın əməkdaşı kimi təqdim edirdi. Daha sonra "Koroğlu" metrosuna gəldik. Metoya çatanda telefonumu istədi ki, zəng vursun. Məndə verdim. Danışa-danışa maşından düşdü. Anidən qaçmağa başladı. Maşını pis yerdə saxladığımı üçün arxası ilə qaça bilmədim".

Vasif Məmmədovun sözlərinə görə, həmin şəxs Binə qəsəbəsində qaz borcu çox olan obonentləri tanıyırdı. "Orada qaza çox borcu olan sakinlərdən pul aldı. Bir qadından 60 manat aldığını dəqiq bilirəm".

Qeyd edək ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Zərərçəkmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. Fakt araşdırılır.