Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşının vəfat etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
TƏBİB-dən bildirilib ki, ötən gün 1975-ci il təvəllüdlü Əfqan Şirinov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib:
“Hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır”.
***10:29
Ağdaş xəstəxanasında ölüm hadisəsi olub.
Hadisə rayon Mərkəzi Xəstəxanasında baş verib. Müalicə üçün gələn şəhər sakini 48 yaşlı Əfqan Şirinov qəfil dünyasını dəyişib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, "Azəriqaz" əməkdaşı olan Əfqana xəstəxanada antibiotik iynəsi vurulub. İddiaya görə, o, məhz həmin iynəni təsirindən ölüb. Lakin onun hansı səbəbdən öldüyü hələlik dəqiq bilinmir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır./lent.az