Türkiyənin Rize şəhərində azərbaycanlı TIR sürücüsünün ölümü ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, TIR etibarnamə ilə də idarə olunub.
Belə ki, 59-BG-176 dövlət qeydiyyat nişanlı TIR-ın sahibi Tərtər rayonu V.S.Həsənov küçəsində yaşayan 1986-cı il təvəllüdlü Zaur Nizami oğlu Nağıyevdir. O, son dəfə avtomobili etibarnamə ilə Tərtər rayon Bəyimsarov kənd sakini 1991-ci il təvəllüdlü Elnur Pərvanə oğlu Nəsirova verib.
Hadisə zamanı həyatını itirən şəxsin Zaur, yoxsa Elnur olduğu hələlik məlum deyil.
*** 14:44
Türkiyədə azərbaycanlı TIR sürücüsünü avtomobil vurub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumata görə, hadisə Rize şəhərində qeydə alınıb. Azərbaycana məxsus dövlət qeydiyyat nişanlı iri yük avtomobili TIR-ın naməlum sürücüsü yolu keçərkən onu maşın vurub. Nəticədə o, hadisə yerində ölüb.
Qeyd olunur ki, mərhum avtomobili yolun kənarında saxlayıb və restoranda yemək yemək üçün yolu keçirmiş.
