Azərbaycanlı müğənni terrorda zərərçəkənlərə 1 milyon ianə etdi - FOTO

Rusiyada populyarlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Moskvada baş verən terrorda zərərçəkənlər üçün 1 milyon rubl (18 min 450 manat) ianə edib.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.

İanəni Rusiya Qırmızı Xaç Cəmiyyətinə köçürən sənətçi paylaşımına “Mən başlayıram, siz də davam edin” şərhini yazaraq izləyicilərini də bu addıma səsləyib.

NAVAİ.jpg (35 KB)