İran hüquq-mühafizə orqanları Təbrizdən olan iki şəxsi - Milad Cəlili və Salar Taherəfşarı həbs edib.
Stopnarkotik.az globalinfo.az-a istinadən xəbər verir ki, onlar Təbriz həbsxanasına yerləşdiriliblər. Milad Cəlilinin repçi-müğənni, Taherəfşarın isə aktivist olduğu bildirilib.
Həbs edilən azərbaycanlıların valideynləri İrandakı Azərbaycanlı Siyasi Məhbuslar Assosiasiyasına bildiriblər ki, Taherəfşar 6 ay həbsə məhkum edilib.
“Azadlıq” radiosunun fars xidməti M.Cəlilinin İnstaqram hesabında noyabrda həbs edilən 13 azərbaycanlı aktivistə mahnı həsr edib paylaşdığı üçün tutulduğunu yazıb. Onu 8 ay həbs gözlədiyi deyilir. Onların hər ikisi rejimə qarşı təbliğatda ittiham edilirlər.
Qeyd edək ki, Milad Cəlili “İlşan” ləqəbi ilə məşhurdur.