Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəislərinə qarşı ƏMƏLİYYAT

Daxili Təhlükəsizlik İdarəsi və xüsusi təyinatlılar Rusiyanın Sankt-Peterburq şəhərinin Vsevolojsk rayonunda dörd polis şöbəsində axtarış aparıblar.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, bu idarələrin rəisləri Azərbaycandan olan iş adamlarından rüşvət almaqda şübhəli bilinirlər. Sahibkarlar 2023-cü ildən bəri qaçaqmal içki və siqaret satır, həmçinin immiqrasiya qanunlarını qəsdən pozan əcnəbiləri işə götürürmüş.

Sahibkarlar potensial yoxlamalardan yayınmaq üçün əvvəlcədən rüşvət veriblər.