Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Megion bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki məhkəmə binasında döyüb.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Qoliklə sahibkar Quliyevin övladları arasında 2023-cü ilin fevralında münaqişə baş verib. Tərəflər məhkəmədən sonra söhbəti davam etdiriblər. Bundan sonra biznesmenin oğlu məmura ağır zərbə endirib.
Dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq hüquq-mühafizə orqanlarına məlumat verib.
Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyada məmuru döydü. pic.twitter.com/oEIHFHoVSH
— Unikal.az (@UnikalOrgPortal) June 5, 2024