Azərbaycanlı iş adamı “Ermitaj”ın sahibi oldu – UZUN SÜRƏN MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ…

“Ermitaj”ın rəsmi mehmanxanası Azərbaycanın mülkiyyətinə keçib.

Stopnarkotik.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, iyunun 15-də otelin yeni mülkiyətçisi Azərbaycan Maliyyə Nazirliyi tərəfindən yaradılmış Bank olmayan “Aqrarkredit”in sahibi olub.

Qeyd edək ki, “Ermitaj” mehmanxanası 2008-ci ildə həmin binanın sahibi olan azərbaycanlı iş adamı Elşən Babayevin “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”nə aid “Qida Sənayesi İşçilərinin Mədəniyyət Evi”nin yandırılmış tarixi binasında inşa edilib. 2008-ci ildən “ABB-Moskva” Bankının (Azərbaycan Beynəlxalq Bankı) kreditləri hesabına yenidənquqrma işləri maliyyələşdirilib.

2023-cü ilin iyun məzənnəsi ilə bir gecəlik qiyməti 19 000 rubldan başlayan yeddimərtəbəli beşulduzlu otel turistlər arasında populyar idi. Keçən il booking.com bron saytının Rusiyada fəaliyyət göstərdiyi vaxt otelin reytinqi 9.6 bal idi.

2016-cı ildə Azərbaycan Beynəlxalq Bankı “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”nə qarşı arbitraj məhkəməsində iddia qaldırdıqdan və valyuta vekselləri üzrə borcun dərhal tam ödənilməsini tələb edəndən sonra otelin üzərində “qara buludlar” toplanmağa başladı.

“Beynəlxalq Baltik İnvestisiya Şirkəti”(BBİŞ) buna qarşı əks iddia qaldırdı. Bir sıra apellyasiya və kassasiyalardan sonra tərəflər barışıq sazişi bağlayıblar. Belə ki, “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” borcu tanıyıb və ödənişin təxirə salınmasını istəyib. Barışıq müqaviləsi 2018-ci ildə son tarixlə bağlansa da, icra olunmayıb.

2022-ci ildə “Ermitaj” mehmanxanası 3,5 milyard rubla hərraca çıxarılıb və onun direktoru E.Babayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 177-ci “Kredor borcunu ödəməkdən qəsdən yayınma” maddəsi ilə cinayət işi üzrə təqsirləndirilən şəxs olub.

Stopnarkotik.az

P.S. Əlavə məlumat veriləcək.