İnterpol əməkdaşları Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlını saxlayıb. 26 yaşlı gənc yanvarın 29-dan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Stopnarkotik.az Rusiya mediasına istinadən xəbər ki, saxlanılan şəxs Bakıda, “NEZ” MMC-də mühasib işləyib. Ötən il avqustun 9-dan 16-dək o, qanunsuz olaraq 18 390 Azərbaycan manatını mənimsəyib, bundan sonra yoxa çıxıb.
Saxlanılan şəxs nəzarətə götürülüb. Tezliklə ölkəsinə göndəriləcək.