Azərbaycanda zəlzələ baş verdi

İsmayıllı rayonunda 3.6 maqnitudalı zəlzələ olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Bu gün yerli vaxtla saat 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3.6, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır”, – məlumatda qeyd olunub.